Xəzər Xəbər

Türkiyədə dəvəquşu kafeyə gələn müştərini qovaladı VİDEO

Veb TV | 09:37 • 27 İyun 2022
Türkiyədə dəvəquşu kafeyə gələn müştərini qovaladı

Türkiyədə dəvəquşu kafeyə gələn müştərini qovalayıb.

Hadisə İstanbulun Aksaray rayonundakı Mədəniyyət Parkında baş verib.

Kafenin işçisi Adel Kirişkuzu bağçadakı qəfəsdə saxlanılan dəvəquşu üçün yemək qoyduqdan sonra qəfəsin qapısını açıq qoyub. Heyvan qəfəsdən çıxaraq həmin anda qarşısına çıxan Kardelen Nur Yüce adlı xanımı təqib etməyə başlayıb.

Obyektin əməkdaşlarının birgə səyi nəticəsində dəvəquşunu qəfəsə qaytarmaq mümkün olub.

Mənbə: Haber Global

Xəbər lenti