Xəzər Xəbər

Nəvəsinin öldürdüyü şairə ilə bağlı YENİ DETALLAR VİDEO

Veb TV | 21:00 • 26 İyun 2022
Nəvəsinin öldürdüyü şairə ilə bağlı YENİ DETALLAR

Sumqayıtda tanınmış aşıq və şairə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Baş prokurorluğun yaydığı məlumata görə həmin şəxs mərhumun nəvəsidir. 

Sumqayıtda tanınmış aşıq qətlə yetirilib. Hadisə şəhərin 1-ci məhəlləsində 1 saylı binada qeydə alınıb. 

84 yaşlı qadın mənzilində öldürülüb. İddia edilir ki, cinayət nəvəsi tərəfindən törədilib.
 
Qeyd edək ki, Qənirə Mehdixanlı tanınmış aşıq və şairə olub. Poeziya evinin direktoru İbrahim İlyaslı deyir ki, hadisə baş verən gün mərhum işdə olub.
 
Baş Prokuroluğun Mətbuat xidmətinin yaydığı məlumata görə aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb. Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Xəbər lenti

Dənizdə bir nəfər batıb
19:27 • 15 Avqust 2022

Çox oxunanlar