Xəzər Xəbər

Bakıda hərbi orkestrlərin yürüşü keçirildi VİDEO

Veb TV | 20:43 • 26 İyun 2022
Bakıda hərbi orkestrlərin yürüşü keçirildi

Bu gün 26 iyun silahlı qüvvələr günü münasibətilə paytaxt ərazisində hərbi orkestlərin yürüşü baş tutub. Yürüşdə orkestr xidmətinin musiqiçiləri ilə yanaşı, ali hərbi məktəbin kursantları da iştirak ediblər. Yürüşü paytaxt sakinləri böyük maraqla qarşılayıblar.

Hər bir dövlətin ordu quruculuğunda hərbi musiqi böyük əhəmiyyət kəsb edir. Hərbi musiqi təkcə şəxsi heyətin yox, həm də xalqın vətənpərvərlik ruhunun yülsəldilməsində əvəzsiz rola malikdir. Ona görə də bu gün 5 marşrut üzrə təşkil edilən yürüşləri paytaxt sakinləri böyük maraqla qarşılayıblar.

Yürüşdə hərbi orekestrlə yanaşı, ali hərbi məktəbin kursantları da iştirak ediblər.

Qeyd edək ki, nümunəvi çıxışlar saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə davam etdirilib.

Xəbər lenti