Xəzər Xəbər

Daşkəsən və Sabirabadda ağır qəza: Ölən və yaralananlar var VİDEO

Veb TV | 20:35 • 26 İyun 2022
Daşkəsən və Sabirabadda ağır qəza: Ölən və yaralananlar var

Daşkəsəndə idarəetmədən çıxan avtomobil körpüdən çaya aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Sabirabadda da 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Salyanda isə avtomobil piyadanı vurub. 

Daşkəsəndə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 

Hərəkətdə olan avtomobil yoldan çıxaraq Qoşqarçayın üzərindəki körpüdən aşıb. Nəticədə çaya düşən avtomobilin sürücüsü 32 yaşlı Rövşən Alıyev və sərnişini 27 yaşlı Ruslan Cabbarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 32 yaşlı Vüsal Rüstəmov isə hadisə yerində dünyasını dəyişib. Çaya düşən avtomobil əraziyə gətirilən xüsusi texnikanın köməyi ilə çaydan çıxarılıb. Faktla bağlı araşdırmalara başlanıb.

Sabirabadda da ölümlə nəticələnən qəza baş verib. Minik avtomobilinin traktorla toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Hadisə zamanı üç nəfər; rayonun Çiçəkli kənd sakinləri - 35 yaşlı Vüsal  Məmmədov, 12 yaşlı Rəhman  Məmmədov və 29 yaşlı  Şəmistan Xankişiyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Salyanda isə avtomobil piyadanı vurub. Hadisə rayonun  Qaraçala kəndində qeydə alınıb. Avtomobil yolu keçən kənd sakini, 45 yaşlı Fəxrəddin Cavadovu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti