Xəzər Xəbər

Azərbaycanın qalib ordusu - 104 yaşında VİDEO

Veb TV | 20:28 • 26 İyun 2022
Azərbaycanın qalib ordusu - 104 yaşında

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 ili tamam olur. 44 günlük vətən müharibəsində bütün dünya Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü. Ordu quruculuğunda həyata keçirilən uğurlu islahatlar, silahlı qüvvələrin maddi-texniki təminatının ən yüksək səviyyəyə çatdırılması Azərbaycanın hərbi gücünü günü-gündən artırır. Ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, regionda sülhün təminatçısına çevrilib.

Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla reallaşdırdı. Ordumuz ərazi bütövlüyümüzü bərpa edərək, 30 illik işğala son qoydu, Vətəni azad və bütöv etdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyir ki, ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ulu Öndərin ordu quruculuğu sahəsində vaxtında atdığı addımlar bugünkü qalib duruşumuzu təmin etdi.

Ehtiyatda olan polkovnik deyir ki, ordumuzun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarıqlarının, döyüş ruhunun yüksəldilməsi bu gün də prioritet məsələlərdəndir.

Hərbi ekspert vurğulayır ki, hərb meydanında tarix yazan qalib ordumuz bundan sonra da öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədir.

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022