Xəzər Xəbər

Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü - Kənd sakinləri narazıdır VİDEO

Veb TV | 20:16 • 26 İyun 2022
Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü - Kənd sakinləri narazıdır

Ağsu rayonu Gəgəli kəndinin sakinləri yollarının yararsız halda olmasından narazıdırlar. Sakinlər deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. İddia edilir ki, dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, nəticəsi olmayıb. Bəs problem nə zaman həll ediləcək ? Avtomobil yolları dövlət agentliyi suala aydınlıq gətirib. 

Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü..

Görüntülər Ağsu rayonunun Gəgəli kəndindəndir. Sakinlər kənd yolunun yararsız vəziyyətdə olmasından gileylənirlər.

İddia edirlər ki, sözügedən yol uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Aiddiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Sakinlərin sözlərinə görə yağışlı havalardan sonra vəziyyət dözülməz olur. Yolun nahamar olması səbəbindən nəqliyyat vasitələrinin detalları sıradan çıxır. 

Məsələ ilə bağlı Gəgəli kənd bələdiyəsinin müavini Həzin Həsənovun bildirib ki, bələdiyyənin hesabında kifayət qədər vəsait yoxdur. Ona görə də yolu təmir etmək iqtidarında deyililər. Avtomobil yollari dövlət agentliyindən verilən məlumata görə kənd yolları mərhələli şəkildə təmir edilir. ''Gəgəli kənd yolunun cari il ərzində asfaltlanması nəzərdə tutulub''-deyə məlumatda vurğulanıb.

Xəbər lenti