Xəzər Xəbər

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi: Elektrik cihazlarını ayırın, telefonla danışmayın... VİDEO

Veb TV | 19:50 • 26 İyun 2022
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi: Elektrik cihazlarını ayırın, telefonla danışmayın...

Yaxın 3 günün hava proqnozu barədə məlumat verəcəyik. Həm havanın temperaturu yüksələcək, həm də küləyin sürəti artacaq. Bölgələrdə isə şimşək çaxacağı və yağış yağacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bundan əlavə, güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib.

Havanın temperaturu kəskin dəyişəcək, güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu gündən etibarən küləyin sürətinin ötən günlərlə müqayisədə artacağını bildirib.

Gülşad Məmmədova bölgələrdə də havanın küləkli və yağışlı olacağını bildirib.

Onu da qeyd edək ki, gözlənən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, həmçinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Həmçinin, güclü küləkli hava şəraitində çimərliklərdə dənizə girmək təhlükəlidir. Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla  danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022