Xəzər Xəbər

Sirri açılmış "Cəhənnəm Qapısı" ziyarətçilərin üzünə açıldı VİDEO

Veb TV | 14:25 • 26 İyun 2022
Sirri açılmış "Cəhənnəm Qapısı" ziyarətçilərin üzünə açıldı

Türkiyənin qərbində yerləşən qədim Hierapolis şəhərində bir vaxtlar "Cəhənnəm şəhərinin qapısı" və ya "Ölülər səltənətinə giriş" adlandırılan abidə turistlərin üzünə açılıb.

Bu barədə XəzərXəbər publika.az-a istinadla məlumat yayıb.

 

"Bu, Cəhənnəm səltənətinin girişidir. Qədim mənbələrdən bilirik ki, Hades və arvadı yer üzündə və yeraltında altı ay yaşayıblar. Bu, onların yerə daxil olduğu qapıdır - çox maraqlı və xüsusi bir yer. Şadam ki, indi açıqdır", - bələdçi Muharrem Aldibaş bildirib.

2013-cü ildə bir qrup italyan arxeoloqu eramızdan əvvəl II əsrdə əsası qoyulmuş qədim Hierapolis şəhərinin qazıntıları zamanı "Cəhənnəm krallığının qapısı" tapıb. Daha sonra Pamukkalenin travertin hövzələrini yaradan orijinal termal su mənbələrindən biri də kəşf edildi. Vaxtilə bu ərazi müqəddəs sayılırdı.

Xəbər lenti