Xəzər Xəbər

FHN-in təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb FOTO/VİDEO

Veb TV | 11:16 • 24 İyun 2022
FHN-in təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Xəbər lenti