Xəzər Xəbər

Xalqın xidmətində olmaq dövlət qulluqçusu üçün şərəfdir VİDEO

Veb TV | 20:45 • 23 İyun 2022
Xalqın xidmətində olmaq dövlət qulluqçusu üçün şərəfdir

Bu gün  Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu gün tam əminliklə demək olar ki, ölkədə  müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub. Vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Konstitusiya araşdırmaları fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, Azərbaycan müstəqil olmamışdan əvvəl dövlət qulluğu daha çox ideoloji təzyiq altında olub. Ancaq müstəqil Azərbaycanın dövlət qulluqçuları üçün ən mötəbər standart konstitusiyadır. Bununla yanaşı insanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir.

Bu gün Azərbaycanda istər dövlət,istərsə də özəl sektorda kifayyət qədər savadlı,vətənini və dövlətini sevən gənclər çalışır.Ancaq bəzi hallarda da olur ki,dövlət sektorunda çalışın ancaq bu vəzifənin mahiyyətindən xəbərsiz olanlar da olur.Bəs dövlət qulluqçusu necə olmalıdır? 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki,Azərbaycan müstəqil olmamışdan əvvəl dövlət qulluğu daha çox ideoloji təzyiq altında olub.Ancaq müstəqil Azərbaycanın dövlət qulluqçuları üçün ən mötəbər standart konstitusiyadır..Bundan başqa ölkəmizdə dövlət qulluğu ilə bağlı qanunvericilik bazası beynəlxalq səviyyəyə uyğun olaraq tam formalaşdırılıb.

Əliməmməd Nuriyev hesab edir ki, bu gün ölkəmizdə dövlət qulluqçuları üçün özlərini inkişaf etdirmək baxımından hər cür şərait yaradılıb.Ancaq qanunvericilikdə bəzi məqamlar var ki,bu məsələlər də öz həllini tapmalıdır.

Qeyd edək ki,bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır.

Xəbər lenti