Xəzər Xəbər

Qəribə HADİSƏ! Öncə bıçaqladı, sonra yardım ETDİ ANBAAN GÖRÜNTÜLƏR

Veb TV | 15:10 • 23 İyun 2022
Qəribə HADİSƏ! Öncə bıçaqladı, sonra yardım ETDİ

Türkiyənin Antalya şəhərində iki nəfər arasında pula görə yaranan mübahisə bıçaqlı davaya çevrilib.

Mübahisə edən şəxslər bıçaqla bir-birinə hücum edib. Dava zamanı Əhməd Güner sol qoltuğundan yaralanıb.

Hadisəni görənlər təcili tibbi yardıma və polisə məlumat veriblər. Əraziyə polis və tibb işçiləri göndərilib.

Bu vaxt Gürkan T. yaralı Əhməd Günerin yarasına tampon düzəldib və təcili yardım gələnə qədər onu ayaqda saxlayıb. Hadisə yerinə gələn həkim briqadası Güneri təcili yardım maşını ilə xəstəxanaya aparıb.

Polis hadisə yerində gözləyən Gürkan T.-ni saxlayıb.

Şahidlərdən biri "Gördük ki, dava etdilər, 3-5 saniyə içində oldu. Sonra dostu yaralıya kömək etdi, tampon düzəldib ayaqda saxladı. Bu, çox ağır idi.  Aralarında kiçik pul məsələsi olub. Əvvəl bıçaqladı, sonra kömək etdi. " dedi.

Hadisə anı anbaan ətrafdakı təhlükəsizlik kameralarına əks olunub.

Xəbər lenti