Xəzər Xəbər

Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir? VİDE0

Veb TV | 11:53 • 23 İyun 2022
Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir?

Sumqayıt avtovağzalında uzun müddətdir ki, Bakıdan Sumqayıta və əks istiqamətə gedən avtobuslar tapılmır. Sərnişinlər bildirirlər ki, avtovağzalda nəqliyyat vasitəsi olmadığından digər ərazilərdən gedən avtobuslara üz tuturlar.

Bəzi sərnişinlər isə məsafə baxımından sərf etmədiyindən avtovağzaldan istifadə etmirlər.

Sumqayıt avtovağzalının nümayəndəsi Habil Məmmədovun sözlərinə görə, avtovağzaldan bölgələrə sərnişindaşıma həyata keçirilir.

Habil Məmmədov qeyd edib ki, sərnişinlər avtovağzala daxil olmur, ona görə də xəttə avtobus buraxılmır.

Xezerxeber.az mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti