Xəzər Xəbər

Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilib VİDEO

Veb TV | 21:00 • 19 İyun 2022
Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilib

"Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkışafına baxış" mövzusunda keçırılən IX Qlobal Bakı Forumunun panel iclası bu gün öz işini mədəniyyət paytaxtı Şuşada davam etdirib. Panel iclasında azad olunmuş ərazilərin minalardan təmizlənməsi, aparılan quruculuq işləri geniş müzakirə olunub.  

Sayca 9 - cu dəfə keçirilən Qlobal Bakı Forumunun iştirakçıları bu gün Qarabağ iqtisadi rayonuna - Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

Səfər çərçivəsində qonaqlar Qarabağın hava qapısi adlandırılan Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər. Qonaqlara  Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri  İsmayıl Seragəldin jurnalistlərə açıqlamasında  Şuşada keçiriləcək panelin xüsusi əhəmiyyətinin olduqca vacibliyinə toxunub. 

Daha sonra iştirakçılar buradan Şuşa şəhərinə yola düşüblər. Forumun panel iclasının Şuşada keçirilməsinin  əlamətdar bir hadisə olduğunu bildirən Prezidentin Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə  xüsusi nümayəndəsi Emin Hüseynov forum iştirakçılarına bütün bərpa işlərinin məhz Azərbaycanın  öz vəsaiti hesabına həyata keçirildiyini qeyd edib.

Panel iclası zamanı bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi başa çatdırılacağını deyən prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev burada  tikinti-bərpa işlərinin davam etdirildiyini vurğulayıb. Rayonun  günəş enerjisi və ekoturizm üçün böyük potensiala malik olduğunu bildirib. 

Qlobal formun iştirakçıları Şuşanın işğaldan azad edilərək burada bərpa-yenidən qurulma işlərinin aparılmasını Azərbaycanın uğuru kimi qiymətləndiriblər. Eyni zamanda formun Şuşada keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Forum bitdikdən sonra iştirakçılar Şuşa İcra Hakimiyyetinin qarşısında güllələnmiş heykəllər , tarixi mədəni abidələr və ərazidə aparılan yenidən qurma işləri tanış olublar. Qeyd edək ki,  IX Qlobal Bakı Forumu bu gün öz işini yekunlaşdırıb.

Xəbər lenti