Xəzər Xəbər

Türkiyə Kubokunun sahibi bəlli oldu VİDEO

Veb TV | 16:00 • 27 May 2022
Türkiyə Kubokunun sahibi bəlli oldu

Türkiyədə ölkə kubokunun qalibinin kimliyinə aydınlıq gəlib.

XəzərXəbər xəbər verir ki, final qarşılaşmasında “Kayserispor”la “Sivasspor” üz-üzə gəlib.

 

Oyunun əsas vaxtı 1:1 nəticələnib. Belədə, matçda əlavə vaxta ehtiyac yaranıb. Əlavə olunmuş 30 dəqiqə ərzində isə inamlı oynayan “Sivasspor”  qələbəni bayram edib - 3:2

Qeyd edək ki, bunadək “Kayserispor” bir dəfə (2007-2008 mövsümündə) ölkə Kubokuna yiyələnib. Onun rəqibi isə tarixində ilk dəfə turnirdə finala yüksəlib.

İndiyədək Türkiyə Kubokunu ən çox qazanan komanda turnirin 18 qat qalibi “Qalatasaray” olub. Ümumilikdə isə 59 illik tarixi ərzində mükafatı 15 fərqli klub əldə edib.

"Sivasspor" tarixində ilk dəfə ölkə kubokunda belə zəfər qazanıb.

"Kayserispor" - "Sivasspor" - 2:3
Qollar: 
R.Civelek, 33, İ.Parlak, 107 - Appidanqoye, 60, Qradel, 95, Konate, 113

Xəbər lenti