Xəzər Xəbər

Azərbaycanda qiymət artımı nə vaxtadək davam edəcək? VİDEO

Veb TV | 13:44 • 27 May 2022
Azərbaycanda qiymət artımı nə vaxtadək davam edəcək?

Azərbaycanda inflyasiya kəskin şəkildə artıb...

Son iki ildə dünyada baş verən prosseslər qiymət artımına səbəb olub. Bahalaşma ölkəmizdən də yan keçməyib. Mərkəzi Bankın açıqlamalarına görə, Azərbaycanda inflyasiyanın 60 faizi idxalla əlaqəlidir.  İqtisadçı ekspert Xalid Kərimli deyir ki, hazırda ölkəmizdə ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunur. Bunun da əsas səbəbləri xarici amillərlə bağlıdır. 

Xalid Kərimlinin sözlərinə görə, qiymət artımı əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Bahalaşma hökumətin ilin əvvəlində əhalinin gəlirlərinin kompensaniyası  ilə bağlı atdığı addımları da effektsiz edir. Ekspert qiymət artımlarının nə qədər davam edəcəyinin sual altında olduğunu deyir.

Ekspert hazırda ölkəmizin inflyasiyaya qarşı gördüyü tədbirlərin effektiv olduğunu da qeyd edib. Xalid Kərimli yaranmış vəziyyətdən istifadə edərək süni qiymət artımlarına çalışan şəxslərə qarşı mübarizənin daha da artırılmalı olduğunu vurğulayıb.

Xəbər lenti