Xəzər Xəbər

Toylarda peyvənd sertifikatı tələb edilir VİDEO

Veb TV | 13:37 • 27 May 2022
Toylarda peyvənd sertifikatı tələb edilir

Şadlıq evi əməkdaşlarının COVID-19 pasportlarını yoxlaması narazılıq yaradır.

Bəzi şadlıq saraylarında toya gələn qonaqlarınn peyvənd sertifikatını həmin obyektin işçiləri yoxlayır. Şadlıq evlərinin inzibatçıları bildirirlər ki, son vaxtlar yoxlanışı özləri etdiyindən toya gələnlər bunu narazılıqla qarşılayırlar. Hətta bəzən mübahisələr də olur. 

İnzibatçılar bildirirlər ki, polis olmadığı üçün hətta COVID-19 pasportunu təqdim etmək istəməyənlər də olur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev “Xəbər Ertəsi”nə bildirdi ki, COVID-19 pasportlarını həmişə restoran əməkdaşlarının özləri yoxlayıblar. Polis əməkdaşları isə nəzarət-proflaktik tədbirləri həyata keçirib. Vətəndaş və ya şadlıq evləri ilə bağlı da indiyədək hər hansı şikayət daxil olmayıb.

Xəbər lenti