Xəzər Xəbər

Azərbaycanda ən çox dotasiya bu rayona verilir VİDEO

15-ə qədər rayon özünü maliyyələşdirə bilmir
Veb TV | 10:44 • 23 May 2022
Azərbaycanda ən çox dotasiya bu rayona verilir

Azərbaycanın rayonlarına dövlət büdcəsindən ayrılan dotasiya bölgələr üzrə fərqli məbləğdə olur.

Yəni bəzi rayonlara az, bəzilərinə isə çox dotasiya ayrılır.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı Rəşad Həsənov deyib ki, 2022-ci  il dövlət büdcəsinin strukturuna əsasən, 15-ə qədər region özünü maliyyələşdirə bilmir.

Bu bölgələr əsasən iqtisadi imkanları zəif  olan və işğaldan azad edilmiş ərazilərdir.

Ekspert bildirib ki, rayonların iqtisadiyyatı turizmdən və kənd təsərrüfatından formalaşır. Ancaq bəzi bölgələrdə yerli idarəetmə institutlarının bu istiqamətdə fəaliyyətləri qənaətbəxş deyil. 

Rəşad Həsənov deyib ki,  Qax, Balakən və Gədəbəy  kimi  rayonların iqtisadi potensialı yüksək olsa da, bu bölgələrə də dotasiya ayrılır.

İqtisadçı bundan sonra əsas resursların işğaldan azad olunmuş ərazilərə yönləndirilməsini məqsədəuyğun hesab edir. O bildirir ki, hazırda bu rayonlardan ən çox dotasiya Ağdama ayrılır.

Ekspert deyib ki, daha çox dotasiya alan rayonları həm də daha kasıb rayonlar hesab etmək olar.  Onun sözlərinə görə, hazırda Azərbaycanda ən çox dotasiya Kürdəmirə verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti