Xəzər Xəbər

Zaqatalada gül yığımı aparılır, emal edilən yağ ixrac edilir VİDEO

Veb TV | 20:37 • 22 May 2022
Zaqatalada gül yığımı aparılır, emal edilən yağ ixrac edilir

Zaqatalada gül yığımı davam edir. Son günlər havaların mülayim keçməsi gül mövsümünü tezləşdirsə də, məhsuldarlığa təsir etməyib.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayonunun ənənəvi sahələrindən biri də gülçülükdür. Artıq 20 gündür ki, yığım işləri aparılır. Səhərin erkən çağlarından, gün çıxmamış və yalnız tam açılmış çiçəklər toplanılmalıdır ki, keyfiyyətli məhsul əldə olunsun.

Rayonun Aşağı Tala kəndində ümumi sahəsi 183 ha olan ərazidə qızılgül və lavanda sahələri salınıb. Burada əkilən qızılgül yağlılıq əmsalının çoxluğuna görə ən keyfiyyətli sortlardan hesab olunur. Gültoplama dönəmində 1500-2000 nəfər mövsümi işlərə cəlb olunur.

Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir.

Gül ləçəklərindən alınan bu məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. İstehsal onunan gül yağının demək olar ki, hamısı xarici bazarlarda satılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti