Xəzər Xəbər

Qəbələdə yataqxana binası qəzalı vəziyyətdədir VİDEO

Veb TV | 19:59 • 22 May 2022
Qəbələdə yataqxana binası qəzalı vəziyyətdədir

Qəbələnin Heydər Əliyev prospektindəki yataqxana binası yararsız vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 1961-ci ildə tikilmiş və 16 ailənin yaşadığı binada çoxsaylı problemlər var. 

Sakinlərin sözlərinə görə, yağış yağanda mənzillərə su damır. Bundan başqa, binanın kanalizasiya sistemi yoxdur.

Sakinlər deyirlər ki, illər əvvəl bina qazla təchiz edilirmiş, sonradan burada qəzalı vəziyyət yarandığından mavi yanacağın verilişi dayandırılıb. Ona görə də insanlar qaz balonlarından istifadə edirlər.

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binaya baxış keçirilib və müvafiq komissiyalar tərəfindən sənədləşmə işləri aparılıb.

''Rayon ərazisində yerləşən 8 binadan 86 ailə bənzər vəziyyətlə əlaqədar olaraq yeni tikilmiş 7 mərtəbəli binalara köçürülüblər. Bu istiqamətdə işlər davam etdirilir. 11 saylı binada yaşayan ailələrin də mənzil şəraitinin yaxşılaşdırılmasına çalışacağıq'', - deyə məlumatda bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti