Xəzər Xəbər

Milli Demokratiya Fondunun qrantları hansı "demokratiya"ya xidmət edir? VİDEO

Veb TV | 20:12 • 22 May 2022
Milli Demokratiya Fondunun qrantları hansı "demokratiya"ya xidmət edir?

Son dövrlər bir çox ölkələrdə kütləvi iğtişaşlar, xaos və sabitliyin pozulması ilə nəticələnən proseslərin kökünü araşdıranda ABŞ-nin Milli Demokratiya Fondu (NED) adlanan təşkilatının adının çıxdığı məlum olur. Ekspertlər bildirir ki, NED bir çox ölkələrdə sabitliyin pozulmasına xidmət edir.

ABŞ-nin Milli Demokratiya Fondu (NED)  bir çox ölkələrdə sabitliyin pozulmasına xidmət edir. 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, NED ABŞ Dövlət Departamenti tərəfindən idarə olunur və bu ölkə Konqresinin ayırdığı maliyyə vəsaitləri hesabina öz maraqları çərçivəsində fəaliyyət göstərir. 

Onun fikrincə, baş verən hadisələr deməyə əsas verir ki, fondun ayırdığı qrantlar demokratik dəyərlərin inkişafına deyil, daha çox qarşıdurmaya, regional münaqişələrin yaranmasına xidmət edir. 

"Dini radikalizmin inkişafı, alternativ qüvvələrin, o cümlədən siyasi qüvvələrin yetişdirilməsi də bu təşkilatın fəaliyyət istiqamətlərindəndir",- deyə Sahib Məmmədov əlavə edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti