Xəzər Xəbər

Ağdamda ''Ağıllı su'' layihəsi tətbiq ediləcək VİDEO

Veb TV | 21:27 • 22 May 2022
Ağdamda ''Ağıllı su'' layihəsi tətbiq ediləcək

Ağdam şəhəri üzrə ''Ağıllı su'' layihəsinin ilkin varianti hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin içməli və tullantı su sistemlərinin layihələndirilməsi ilə bağlı işçi qrupun iclası keçirilib.

Bildirib ki, "Ağıllı su" layihəsi çərçivəsində Ağdamın fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, eyni zamanda, tullantı və yağış sularının optimal idarə edilməsini nəzərdə tutulur.

Layihəyə əsasən, Ağdam şəhəri üçün əsas mənbə subartezian quyuları seçilib. Şəhərin yaxınlığında 3 ədəd kəşfiyyat qiymətləndirmə quyusu qazılıb. Bu da şəhər və ona bitişik salınacaq 4 kəndin dayanıqlı su təchizatının aparılmasına imkan verəcək.

Layihədə yüksək nöqtələrdə anbarların tikilməsi, subarteizan quyularından anbarlara suyun qaldırılması, ötürülməsi  və şəhərə verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində məsafədən oxunan  "ağıllı" sayğacların quraşdırılması planlaşdırılıb. Layihə aidiyyəti qurumlara təqdim edilib, təsdiqləndikdən sonra icrasına başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti