Xəzər Xəbər

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? VİDEO

Veb TV | 20:25 • 22 May 2022
Bakıda ən yaxşı hava hansı ərazilərdədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirib.

Xezerxeber.az-ın məlumatına görə, monitorinq əsasən səyyar laboratoriya və avtomatik stansiyalar vasitəsi ilə aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib ki, monitorinq zamanı Bakıda ən yaxşı hava keyfiyyətinin hansı ərazilərdə olduğu müəyyən edilib.

Onun sözlərinə görə, monitorinq zamanı ən pis hava keyfiyyəti Bakının Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov, Yasamal rayonlarında müəyyən edilib. Buna səbəb kimi isə həmin prospekt və iri küçələrdə avtomobillərdən daha çox istifadə edilməsi göstərilir. Ən yaxşı hava isə Səbail və Xəzər rayonlarında qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar