Xəzər Xəbər

Şəhid ailələri və qazilərin işlə təminatı diqqət mərkəzindədir VİDEO

Veb TV | 19:44 • 22 May 2022
Şəhid ailələri və qazilərin işlə təminatı diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı "Xəzər Xəbər"ə bildirib ki, həmin vakansiyalar üzrə 2 275 nəfər işlə təmin edilib. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür. 

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti