Xəzər Xəbər

Bu gün qəbul imtahanı keçirilib - "Riyaziyyat fənninin sualları çətin idi" VİDEO

Veb TV | 21:04 • 22 May 2022
Bu gün qəbul imtahanı keçirilib - "Riyaziyyat fənninin sualları çətin idi"

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə, eləcə də III ixtisas qrupu üzrə müvafiq altqrupların hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 17 şəhər və rayonda təşkil olunub.

İmtahan iştirakçıları digər fənlərlə müqayisədə riyaziyyatdan təqdim olunan sulların nisbətən çətin olduğunu deyiblər.

DİM-dən verilən məlumata görə, 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bir nəfərdə isə "ağıllı" saat aşkarlanıb. Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti