Xəzər Xəbər

Yeni mövsümə az qaldı - Çimərliklər yaya hazırdır? VİDEO

Veb TV | 21:30 • 21 May 2022
Yeni mövsümə az qaldı - Çimərliklər yaya hazırdır?

Artıq çimərlik mövsümünə 1 aydan az bir vaxt qalıb. Buna baxmayaraq dənizkanarı obyektlərdə hazırlıq işləri indidən görülüb və sona çatmaq üzərədir. Belə obyektlərdə xidmət sahəsində qiymət artımı varmı? Ötən il ilə müqayisədə nələrin qiymətləri bahalaşıb? 

Dənizkənarı obyektlərdə çimərlik mövsümünə hazırlıqlar gedir. İyun ayının 15-də rəsmi olaraq açılacaq çimərliklərdə indidən hər şey hazır vəziyyətə gətirilir.

Dəniz kənarında fəaliyyət göstərən kompleklərdən birinin rəhbəri Ramal Gülmalıyev deyir ki, yay mövsümünün gəlişi ilə bağlı restoranda işçi heyət tam yığılıb. Həmçinin kompleks daxilində fəaliyyət göstərən digər xidmət sahələrində də hazırlıqlar yekunlaşıb.

Ötən il ilə müqayisədə bu il dənizkənarı obyektlərin bəzilərində kabab və bəzi yeməklər bir qədər bahalaşıb. Bununla belə, hələlik qiymət artımı etməyən yerlər də var. 

Bildirildi ki, hələlik masa və lejenkaların gündəlik kirayə qiyməti də dəyişməyib. Ötən il olduğu kimi obyektdən asılı olaraq masalar 5-10 manata, lejenkalar isə 5 manata veriləcək.

Xəbər lenti

Çox oxunanlar