Xəzər Xəbər

İşğaldan azad olunan rayonlarda tikinti işlərinə nə qədər pul xərclənib? VİDEO

Veb TV | 20:59 • 21 May 2022
İşğaldan azad olunan rayonlarda tikinti işlərinə nə qədər pul xərclənib?

Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 178,4 milyon manat xərclənib. Müdafiə və milli təhlükəsizlik sahəsinə isə  4885,5 milyon manat məbləğində vəsait yönəldilib. 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat açıqlanıb ki, burada digər xərclərin də statistikası yer alıb. 

Ötən ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2200,0 mln. manat ayrılmışdı ki, ilin sonuna icra edilmiş məbləğ 2178,4 mln. manat olub. Bu isə  təsdiq edilmiş göstəricinin 99,0%-nə bərabərdir. 

Sözügedən məbləğin 6,7 milyonu işğaldan azad olunmuş ərazilərdə muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisinə xərclənib ki, bu da proqnozlaşdırılan məbləğdən 9,4 milyon manat və ya 58,4 faiz azdır.105,8 milyonu həmin ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsinə xərclənib. Bu rəqəm isə  2020-ci illə müqayisədə 98,2 milyon manat və ya 14,1 dəfə çoxdur.

Ötən il müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib. 2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə isə 2198,8 milyon manat həcmində vəsait nəzərdə tutulub.

Bundan başqa, ötən il  dövlət büdcəsində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə 312,3 milyon manat proqnoza qarşı icra 311,9 milyon manat olub. bu xərclərdən 109,5 milyon manatı tələbələrə verilən təqaüd xərcləri, 202,4 milyon manatı isə təhsil və tibb müəssisələrində təhsil xərcləri təşkil edib. 

icmal büdcənin gəlirlərlərinə gəldikdə,  23828,1 milyon manat proqnoza qarşı  33903,7 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 9438,5 milyon manat çoxdur. İcmal büdcənin xərcləri isə 31163,4 milyon manat proqnoza qarşı 29990,5 milyon manat icra edilib ki, bu da 2020-ci illə müqayisədə 830,4 milyon manat çoxdur.

Xəbər lenti