Xəzər Xəbər

Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib VİDEO

Veb TV | 21:38 • 17 May 2022
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib

"Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının üçüncü iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələrin bu yeni dəhlizdən faydalanacaqlarını vurğulayıb.

Sahibə Qafarova işğaldan azad olunan ərazilərimizdə bütün infrastrukturun yenidən bərpa olunduğunu və bu ildən keçmiş məcburi köçkünlərin geri  qaytarılmasına başlanılacağını diqqətə çatdırıb.

Parlamentin sədri  bildirib ki, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilən torpaqlarda basdırılan çoxsaylı minalardır. ''Azərbaycan dünyada ən çox minanın basdırıldığı və ən az beynəlxalq maliyyə yardımı alan ölkələrdəndir'',- deyə Sahibə Qafarova əlavə edib.

Qeyd ki, Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib. Tədbirdə İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri çıxış ediblər. Konfransda Bakı Bəyannaməsi imzalanıb. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti