Xəzər Xəbər

Girdimançayda sel maşını aparıb, sürücü son anda xilas edilib VİDEO

Veb TV | 19:59 • 17 May 2022
Girdimançayda sel maşını aparıb, sürücü son anda xilas edilib

İsmayıllıda sel çaydan keçən maşını aparıb. Avtomobil daşlara ilişərək qalıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Zərnava kənd sakini 34 yaşlı Zamiq Ağayev idarə etdiyi  "UAZ" markalı avtomobillə  Girdimançayı keçmək istəyərkən güclü selə düşüb. 

O, avtomobili çaydan çıxara bilməyib. Sel suları avtomobili bir neçə dəfə aşırıb. Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, suda boğulmaqdan son anda xilas olub.

Sürücü yaxınlıqdakı insanların köməyilə sudan çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti