Xəzər Xəbər

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir VİDEO

Veb TV | 21:45 • 13 May 2022
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı bu gün də davam edib. Festivalın ikinci günü də rəngli görüntülərlə yadda qalıb. Festival iştirakçıları maraqlı musiqi nömrələri ilə tədbiri yaddaqalan ediblər.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir.

Festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Hava şəraitinin yağışlı olmasına baxmayaraq, festivala qatılanlar xoş əhval-ruhiyələrini media nümayəndələri ilə bölüşüblər. Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti  Polad Bülbüloğlu "Xarıbülbül"də yenidən iştirak etməyin böyük xoşbəxtlik olduğunu bildirib.

Xalq artisti Murad Adıgözəlzadə Şuşaya dördüncü dəfə səfər etdiyini bildirib.

Dünya şöhrətli fotoqraf Reza Deqati də festival ilə bağlı təəssüratlarını bölüşüb.

Festivalda səhnəni öz rəqsləri ilə rəngləndirənlərdən biri də, Özbəkistan Xalq Rəqs Ansamblıdır. Ansamblın bədii rəhbəri Ziyada Madriximova Azərbaycanda illər əvvəl olduğunu bildirib.

Xatırladaq ki, festival çərçivəsində həmçinin bir sıra şəxslər, qruplar və ansambılar çıxış edəcəklər. Qeyd edək ki, festival sabah başa çatacaq.

 

Xəbər lenti