Xəzər Xəbər

18% ƏDV tutulmayacaq - Baş nazir Qərar imzaladı VİDEO

Veb TV | 21:53 • 13 May 2022
18% ƏDV tutulmayacaq - Baş nazir Qərar imzaladı

Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiqləyib. Qərara görə kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ədv tutulmayacaq. Bəs bu qərar çap mediasında və kitab istehsalında olan hansı problemləri aradan qaldıracaq? 

Keyfiyyət artacaq, qiymətlər isə enəcək. 

Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Əməkdar jurnalist Elçin Mirzəbəylinin sözlərinə görə, bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək. Bu, həm də prezident İlham Əliyevin media, nəşriyyat və poliqrafiya sahəsində həyata keçirdiyi islahatların bir tərkib hissəsidir. 

Elçin Mirzəbəylinin sözlərinə görə indiyədək kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV-nin tutulması bir sıra çətinliklər yaradırdı. 

Müsahibimiz deyir ki, yeni qərar çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək

Xatırladaq ki, Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu.

Xəbər lenti