Xəzər Xəbər

İrigövdəli ağac sakinlərin üzərinə aşdı - xəsarət alanlar var VİDEO

Veb TV | 21:10 • 13 May 2022
İrigövdəli ağac sakinlərin üzərinə aşdı - xəsarət alanlar var

Təxminən 100 illik ömrü olan irigövdəli  tut ağacı sakinlərin üzərinə aşıb. Nəticədə biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Hadisə ağdaşda baş verib. 

İrigövdəli ağacın aşması bir neçə nəfərin xəsarət almasına səbəb olub. 

Hadisə Ağdaşda Müşfiq isayev küçəsində baş verib. Nəticədə biri azyaşlı olmaqla 3 nəfər ağacın altında qalaraq xəsarət alıb. 

Vətəndaşlar iddia edirlər ki, həmin ağacın təhlükəli vəziyyətdə olması ilə bağlı aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib. Ağacın aşması nəticəsində elektrik naqilləri də qırılıb. 

Dünən günorta saatlarında aşan ağac bu gün ərazidən götürülüb. Elektrik enerjisi verilişinin bərpası istiqamətində işlər görülüb. 

Xəbər lenti