Xəzər Xəbər

Ukraynada nələr baş verir? - Döyüş bölgəsindən ƏN SON MƏLUMATLAR VİDEO

Veb TV | 20:58 • 27 Fevral 2022
Ukraynada nələr baş verir? - Döyüş bölgəsindən ƏN SON MƏLUMATLAR

Rusiya və Ukrayna nümayəndələri arasında görüş Belarusla sərhəddə baş tutacaq. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. Qeyd edib ki, belaruslu həmkarı təhlükəsizliklə bağlı öhdəlik götürüb. Bu arada Ukraynada gərgin döyüşlər davam edir. Ukrayna ordusu Xarkov və İrpin şəhərlərinə nəzarəti ələ alıb. 

Rusiya və Ukrayna nümayəndələri arasında görüş razılaşdırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığını şərh edərkən bildirib ki, nümayəndələr heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində Pripyat çayının yaxınlığında görüşəcəklər. Zelenskinin sözlərinə görə, Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri və danışıqlar zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.

Ukrayna ərazisində gərgin döyüşlər davam edir. Paytaxt Kiyevin Darnitsa rayonu istiqamətində şəhərə hücum edən Rusiya Silahlı qüvvələrinə məxsus tanklardan ibarət hərbi karvan məhv edilib. Maşın karvanının pilotsuz uçan aparat vasitəsi ilə məhv edildiyi bildirilir.

Rəsmi məlumata əsasən Xarkov şəhəri  Ukrayna hakimiyyətinin nəzarəti altındadır. Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, regionun mərkəzində təmizləmə əməliyyatı aparılır. Bu arada şəhərin müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko həlak olub. 

Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib. Bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.

Ukraynan müdafiə nazirinin müavini Anna Malyar isə Rusiya Silahli Qüvvələrinin itkilərini açıqlayıb. O facebook hesabında qeyd edib ki, müharibənin əvvəlki üç günündə Rusiyanin 27 təyyarəsi, 26 helikopteri, 146 tanki, 706 zirehli döyüş maşını, 49 topu, 30 hərbi avtomobili, 2 gəmisi və 4300 hərbçi məhv edilib. 

Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin ərazisindən Ukraynayaya atəş açıldığını etiraf edib. 

Yeri gəlmişkən Ukrayna BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı rəsmən iddia qaldırıb. Bu barədə ölkə Prezdenti Volodimir Zelenski tviter hesabında yazıb. "Biz Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırımı anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirik. Məhkəmədən xahiş edirik ki, dərhal Rusiyaya hərbi əməliyyatları dayandırmağa məcbur etsin. Həmçinin, məsələ ilə gələn həftə dinləmə çağırılması arzuolunandır"- deyə o vurğulayıb.

Xəbər lenti