Xəzər Xəbər

Elman Rüstəmov: Manatın məzənnəsi sabit qalacaq VİDEO

Veb TV | 21:09 • 28 Yanvar 2022
Elman Rüstəmov: Manatın məzənnəsi sabit qalacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin yüksəldilməsi haqda qərar qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 Qərara əsasən, uçot dərəcəsi 7,25-dən 7,5%-ə, faiz dəhlizinin aşağı həddi 6%-ə, yuxarı həddi isə 8,25%-dən 9%-ə yüksəldilib. Bu, 2022-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə birinci qərardır.

Azərbaycanda devalvasiya ehtimalına münasibət bildirən Elman Rüstəmov deyib ki, bu haqda xəbərlər son illər yayılmış dövrü şayələrdən biridir. Mərkəzi Bankın İdarə Heyətinin sədri son zamanlar ölkəmizin strateji valyuta ehtiyatlarının da ardıcıl şəkildə artdığını bildirib. Qeyd edək ki, hazırda ölkəmizin strateji valyuta ehtiyatları təqribən 53 milyard dollardır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov həmçinin ölkədə müşahidə edilən ərzaq bahalaşmasının səbəblərini də açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti