Xəzər Xəbər

Ağdamda minaaxtaranlar üçün yeni mobil sahə düşərgəsi salınıb VİDEO

Veb TV | 20:47 • 28 Yanvar 2022
Ağdamda minaaxtaranlar üçün yeni mobil sahə düşərgəsi salınıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə maddi-texniki bazasının genişləndirilməsi istiqamətində işləri davam etdirir. Nazirlər Kabinetinin tapşırığına əsasən Ağdam rayonunda minaaxtaranlar üçün yeni mobil sahə düşərgəsi salınıb.

Xezerxeber.az-ın məlumatına görə, Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib ki, Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryolu xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib və 6 kilometri artıq təhvil verilib. Yerdə qalan 4 kilometrlik hissə isə növbəti həftə təhvil veriləcək.

Qeyd edilib ki, bu il ərzində Ağdam rayonu ərazisində 9200 hektara yaxın ərazi təmizlənəcək. Minatəmizləmə əməliyyatlarının davam etdirilməsi sakinlərin doğma yurdlarına qayıdışını daha da sürətləndirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti