Xəzər Xəbər

Bakıda yaşlı kişinin başına daş paçası vuraraq ona qarşı quldurluq edilib VİDEO

Veb TV | 20:35 • 28 Yanvar 2022
Bakıda yaşlı kişinin başına daş paçası vuraraq ona qarşı quldurluq edilib

Bakıda ahıl yaşlı kişinin başına daş paçası ilə vuraraq ona qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, yanvarın 17-də  paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər Həmid Ağayevə yaxınlaşaraq onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb.

Zərərçəkmiş iddia edir ki, onu vuran şəxs üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb. Həyata keçirilmiş əməliyyat nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanıb.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Samir Xudaverdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti