Xəzər Xəbər

Bakıda uşaq bağçaları qarət edilib VİDEO

Veb TV | 19:42 • 28 Yanvar 2022
Bakıda uşaq bağçaları qarət edilib

Bakıda uşaq bağçalarından oğurluq edilib.

Xezerxeber.az xəbər verir ki, hadisə yanvarın 22-də Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birində qeydə alınıb.

Naməlum şəxslər bağçaya ümümilikdə 5 min manata yaxın maddi ziyan vurublar.

Bağçanın müdriyyəti tərəfindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət ediləndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt şəhər sakini Vaqif Səfərov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1 000 manat nağd pul, 1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar.

Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.

 

Xəbər lenti