Xəzər Xəbər

Sənədsiz evlərlə bağlı MÜJDƏ - Hansı evlərə "kupça" veriləcək? VİDEO

Veb TV | 8,972 | 14:02 • 26 Yanvar 2022
Sənədsiz evlərlə bağlı MÜJDƏ - Hansı evlərə "kupça" veriləcək?

Sənədsiz evlərin siyahıya alınması işləri başa çatıb. 

Əmlak eksperti Ramil Qasımzadə bildirir ki, artıq bununla bağlı müvafiq qurumlar hökumətə hesabat da veriblər. 

Ekspertin fikrincəfərdi yaşayş mənzillərinin sənədləşdirilməsi əhali ilə yanaşı dövlət büdcəsinə də xeyir verəcək. Belə ki çıxarışların alınması üçün müəyyən ödənişlər tələb olunacaq. Bu, həmçinin sığorta bazarını da inkişaf etdirəcək. 

Ancaq bəzi ərazilər var ki, oradakı fərdi yaşayış evlərinə çıxarış almaq mümkün olmayacaq. 

Ekspert bildirir ki, çıxarış almaq istəyənlər müvafiq qurumlara ərizə ilə müraciət etməlidilər. 

Ramil Qasımzadə çıxarışların verilməsi prosesinin təxminən 3-4 ilə yekunlaşacağı qənaətindədir.  Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsək də, suallarımıza cavab verilmədi.

Xəbər lenti