Xəzər Xəbər

Adamlar mal-qaralarını otarmağa yer tapmır VİDEO

Veb TV | 20:05 • 22 Yanvar 2022
Adamlar mal-qaralarını otarmağa yer tapmır

Cəlilabad rayonunun bir qrup sakini iddia edir ki, mal-qara otardıqları örüş sahəsi zəbt olunub.   Ərazini bir neçə nəfər zəbt edib və orada əkin işləri aparır.  Buna görə də  mal-qaranı otarmağa yer tapa bilmirlər. Cəlilabad rayon bələdiyyəsinin  sədri isə ittihamların əsassız olduğunu deyir.

Mal-qaranı otarmağa yer tapa bilməyən təsərrüfat sahibləri mövcud vəziyyətdən şikayətçidirlər. Söhbət Cəlilabad rayon Cavadxan küçəsinin bir qrup sakininin örüş problemindən gedir.

Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, onlara məxsus olan örüş sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunur. Bu səbəbdən də 35 hektar örüş sahəsindən hazırda 25 hektar qalıb. Bu da mal-heyvanın otarılması üçün kifayət eləmir.

Sakinlər deyirlər ki, əsas məşğuliyyətləri maldarlıqdır. Bunun üçün də ilk növbədə örüş sahələrinin olması vacibdir. Onlar iddia edirlər ki, sözügedən ərazi dədə-babadan örüş sahəsi olub və sakinlər mal-qaralarını bu örüşdə otarıblar. Amma son illər ayrı-ayrı vətəndaşlar tərəfindən örüşün zəbt olunmasına görə dəfələrlə aidiyyəti üzrə şikayət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyəsinin sədri Mehdi Kərimov bildirdi ki, sözügedən ərazi Bələdiyyə ehtiyat fond torpağına aid olduğu üçün ayrı-ayrı vətəndaşlara müqavilə əsasında icarəyə verilib.

Xəbər lenti