Xəzər Xəbər

Masallıda DƏHŞƏT – Yataq xəstəsi evdə yanaraq öldü VİDEO

Veb TV | 19:27 • 22 Yanvar 2022
Masallıda DƏHŞƏT – Yataq xəstəsi evdə yanaraq öldü

Bu gün səhər saatlarında Masallı rayonunda yanğın baş verib. Hadisə zamanı iki otaqlı ev  yararsız hala düşüb, ev sahibəsi isə yanaraq dünyasını dəyişib.

Ev yanıb, 80 yaşlı sahibəsi isə yanaraq ölüb.

Yanğın hadisəsi bu gün səhər saatlarında Masallı rayonunun Qızılağac kəndində baş verib. 

Yanğın zamanı ölən Cənnət Ələkbərova yataq xəstəsi olub. Onun evdə tək yaşadığı bildirilir. 

Yaxınları yanğından xəbər tutduqda isə artıq gec olub. 

Qadının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Baş vermiş  hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.

Xəbər lenti