Xəzər Xəbər

Hökumətin bahalaşmaya qarşı planı: idxal əvəzinə, yerli istehsal... VİDEO

Veb TV | 19:40 • 22 Yanvar 2022
Hökumətin bahalaşmaya qarşı planı: idxal əvəzinə, yerli istehsal...

Hökumət idxal deyil, istehsalı subsidiyalaşdırmaq xəttini seçir. Burada 6 baza prinsip var. Yəni ağırlıq mərkəzi yerli istehsala keçəcək, qiymətlər liberallaşdırılaraq, keyfiyyət artırılacaq, süni qiymət artımına yol verilməyəcək, haqsız rəqabətə qarşı mübarizə gücləndirilərək, daha çox yerli məhsul istehsal ediləcək. 

Bundan sonra idxal yox, istehsal subsidiyalaşdırılacaq. Bu barədə hökumət yeni tapşırıqlar verib. 

Millət vəkili Rüfət Quliyev deyir ki, yeni qərarla yerli istehsala daha çox üstünlük veriləcək. Bununla da məhsulun maya dəyəri aşağı salınaraq, keyfiyyəti yüksəldiləcək və həcmi artırılacaq.

Rüfət Quliyevin sözlərinə görə, bu qərarla hökumət sahibkarı dəstəkləyir və ona imkan yaradır ki, o, öz fəaliyyətini daha intensiv formada aparsın. Həmçinin hökumət bu yolla haqsız rəqabətə qarşı mübarizəni gücləndirərək, subsidiyaların nəticəyə görə verilməsi prinsipini tətbiq edəcək. 

Millət vəkili deyir ki, nəticə olaraq ərzaq məhsullarının qiyməti liberallaşdırılacaq. Bu da sahibkar üçün çox mühim stimuldur. Süni qiymət artımına yol verməmək və sahibkarın marjasının təmin olunması da əsas prinsiplərdəndir. 

Xəbər lenti