Xəzər Xəbər

Samur-Abşeron kanalında tank və top mərmiləri tapıldı VİDEO

Veb TV | 12:47 • 22 Yanvar 2022
Samur-Abşeron kanalında tank və top mərmiləri tapıldı

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.

Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik BK-14 tank mərmisi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib.

Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti