Xəzər Xəbər

Azərbaycanda bu adların qoyulması qadağan edilir VİDEO

Veb TV | 21:10 • 21 Yanvar 2022
Azərbaycanda bu adların qoyulması qadağan edilir

Bəzi hallarda insanlar arasında qeyri-adi adlara rast gəlirik. Hətta bəzi valideynlərin  qoyduğu adlar sonradan cəmiyyətdə gülüşlə qarşılanır. Ölkədə uşaqlara qoyulan bəzi adların qadağan edilməsi gündəmə gəlib. Dilçilik institunun baş direktoru deyir ki, adların qoyulması məsələsi tənzimlənməlidir.

Uşaqlara qoyunlan bəzi adların qadağan oluna bilər.

Milli Elmər Akademiyasının nəsimi adına diliçilik institunun Baş direktoru Nadir Məmmədli deyir ki, bəzi valideynlər uşaqlarına necə gəldi ad qoyurlar.Onun sözlərinə görə ən çox problemlər ərəb, fars adları ilə bağlı olur.Nadir Məmmədli bildirir ki, bu məsələdə tənzimlənməyə ehtiyac var.

Nadir Məmmədli qeyd edib ki, uşağa ad seçərkən onun mənası da mütləq araşdırılmalıdır.Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Onun sözlərinə görə bu uşağın gələcəyinə də təsir edir. Uşaq böyüyüb öz adının mənasını başa düşəndə utanır.

Nadir Məmmədli əlavə edib ki, valideynlər ölkəmizdə adlarla bağlı nəşr edilən kitablardan da yararlana bilərlər.Qeyd edək ki, dilçilik inttitunda adlarla bağlı qaynar xətt də fəaliyyət göstərir. Vətəndaşlar  həmin qaynar xəttə zəng edərək seçdikləri adların mənasını öyrənə bilərlər.Nadir Məmmədli  həmçinin bildirib ki,Rus soyad sonluqlarından qurtarmaq lazımdır.

Xəbər lenti