Xəzər Xəbər

DİQQƏT: Qarşıda təhlükə var! - Yol bərbad haldadır VİDEO

Veb TV | 20:13 • 21 Yanvar 2022
DİQQƏT: Qarşıda təhlükə var! - Yol bərbad haldadır

Bu kəndə gedən  yol 30 ilə yaxındır ki,  keçilməz haldadır. Kənd sakinləri yollardan istifadə edərkən ciddi çətinlik çəkirlər. Lənkəranın viravul kəndinin  təmirsiz yolları nə zaman düzələcək?.

Yolun asfalt örtüyü dağılıb, yaranan su gölməçələri isə hərəkətə mane olur.

Sohbət Lənkəranın Viravul kəndindən gedir.30 ildən çoxdur ki, kəndin mərkəzi və ara küçələrində yayda toz, qışda isə  su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə isə vəziyyət daha da çətinləşir. Bu da kənd sakinlərinin narazılığına səbəb olub. 

Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub.  Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır.

Sakinləri narahat edən problemlə bağlı   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli  bildirdi ki, Lənkəran rayonunun bir neçə kəndinin  yollarının  yenidən qurulması Dövlət proqraminda nəzərdə tutulub.

Qurumdan bildirildi ki, Maliyyə vəsaiti ayrılan kimi həmin yolun da yenidən qurulması işləri   icra olunacaq.

 

Xəbər lenti