Xəzər Xəbər

Evləri yanıb kül oldu - Bu havada yaşlı ər-arvad evsiz qaldı VİDEO

Veb TV | 19:38 • 21 Yanvar 2022
Evləri yanıb kül oldu - Bu havada yaşlı ər-arvad evsiz qaldı

Təxminən iki həftə əvvəl Sumqayıtda bir ev yanaraq yararsız hala düşmüşdü. Evin sahibləri isə yaşlı ər-arvad idi. İndi bu iki yaşlı sakinin qalmağa yeri yoxdur. Üstəlik, bu soyuq havalarda. Sumqayıt şəhər İcra Hakimiyyəti problemi həll edəcəyini bildirib.

Evləri əşyaları ilə birgə yanaraq yararsız vəziyyətə düşdüyündən, yaşlı cütlük bu soyuq havalarda evsiz və çarəsiz qalıb.

Sumqayıtda iki həftə əvvəl yanmış ikiotaqlı evdə 52 yaşlı Əli Əliyev və həyat yoldaşı 59 yaşlı İrina Əliyeva yaşayırdı. Qadın həyətə çıxarkən evin arxa hissəsindən tüstü qalxdığını görüb. Təqribən 90 kvadratmetrlik ev tamamilə yanıb.

Yanvarın 8-də baş vermiş bu hadisədən sonra yaşlı cütlük evsiz qalıb.

Yaşlı ailənin köməyinə yalnız qonşuları çatır.

Yaşlı cütlüyün probleminin həll olunması üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti artıq hərəkətə keçib. Qurumdan onların müvəqqəti sığınacaq və ərzaqla təmin olunmaları üçün addımların atılacağı bildirilib.

Xəbər lenti