Xəzər Xəbər

Yolu kəsən avtobus sürücüsü cərimələndi VİDEO

Veb TV | 19:31 • 21 Yanvar 2022
Yolu kəsən avtobus sürücüsü cərimələndi

Iki gün əvvəl Bakıda avtobus sürücüsünün əks yola çıxaraq hərəkət iştrakçılarına təhlükə yaratması barədə xəbər vermişdik. Məsələyə yol polisi reaksiya verib və həmin sürücüsünü saxlayıblar. Onun barəsində hansı tədbir görülüb?.

Bakıda əks istiqamətə çıxaraq hərəkət iştrakçılarına çətin anlar yaşadan sürücü saxlanıb.

194 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsü kənar dairəvi yolda bütöv xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin yolunu kəsmişdi. 

Qaydaları kobud şəkildə pozaraq əks yola çıxan sürücü 54 yaşlı Kamran Balaməmmədov törətdiyi qayda pozuntusunun fərqində olduğunu deyir. Sürücü onu da bildirdi ki, 25 ildən çox olar ki, paytaxda sərnişindaşımada fəaliyyət göstərir. 

Qeyd edək ki, sürücü Kamran Balaməmmədov inzibati qaydada  4 bal və 100 manat məbləğində cərimə olunub. 

 

Xəbər lenti