Xəzər Xəbər

Saxta məhsul var - Zinət əşyaları alarkən nələrə diqqət etmək lazımdır? VİDEO

Veb TV | 13:33 • 21 Yanvar 2022
Saxta məhsul var - Zinət əşyaları alarkən nələrə diqqət etmək lazımdır?

Zinət əşyaları alarkən, hər kəs çalışır ki, qiymət və keyfiyyət məsələsində aldanmasın. Çünki onların dəyərini müəyyənləşdirən əsas amil qızıl yox, üzərindəki brilyant qaşlardır.  Yəni brilyant nə qədər şəffaf, cilalanmışdırsa, qiyməti də bir o qədər bahadır. Bazarda 200 manatdan 200 min manata qədər belə zinət əşyalarına rast gəlmək olar. Ancaq həmin məhsulları bir müddət sonra satmaq istədikdə ya üzərindəki brilyantları qəbul etmirlər, ya da daha ucuz qiymətə alırlar. 

Qızıl alışı və satışı ilə məşğul olanlar bildirir ki, bəzən  vətəndaşlar  aldadılaraq  keyfiyyəti aşağı olan brilyantlar alırlar.  Sonra isə həmin daşları nə sata, nə də  istədikləri kimi istifadə edə bilirlər. Çünki zərgərlər kiçik ölçülü və keyfiyyəti aşağı  olan brilyantları qəbul etmirlər. 

Zərgər Emin Yaqubzadə isə deyir ki, bəzi insanlar zinət əşyadı alarkən, onun qaşının qiymətinə və keyfiyyətinə fikir vermirlər. 

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşma üzrə texniki komitənin sədri Rövşən Əmircanovun sözlərinə görə, əvvəllər almazlara və brilyantlara nəzarət edən qurum olmadığından bazarda xeyli sayda əyar damğası vurulmayan məmulatlara rast gəlinir. Hazırda isə komitə bunun qarşısını almaq üçün tədbirlər görür.

Rövşən Əmircanov deyir ki, belə qiymətli daşları alarkən ilk növbədə həmin məmulatların müvafiq sənədlərini yoxlamaq lazımdır.

Xəbər lenti