Xəzər Xəbər

Bu şəxslərin DİQQƏTİNƏ - bağlamalar niyə gecikir? VİDEO

Veb TV | 13:12 • 21 Yanvar 2022
Bu şəxslərin DİQQƏTİNƏ - bağlamalar niyə gecikir?

Azərbaycana poçtun tarixi Səfəvilər dövründən başlayır. Əsas inkişaf dövrü isə 19-cu və 20-ci əsrlərdir. Bu gün poçt vasitəsilə xeyli sayda həm daxili, həm də xarici bağlamaların daşınması həyata keçirilir. Bəzən gecikmələr olur ki səbəbini bilməsək də şikayətlənirik. Müxbirimiz Nərmin Mirvalehqızı bütün daxili və xarici bağlamaların toplandığı məntəqə də və Azərpoçtda olub.  Gecikmələrin səbəbini işi görənlərdən öyrənib. 

Tez-tez olmasa da, bir çoxumuzun yaxşı tanıdığı məkanlardandır poçt məntəqləri. Buradan doğmalarımıza, yaxınlarımıza bağlamalar, məktublar göndəririk. Sonra da başlayırıq həmin göndərişləri gözləməyə. Bəzən də çatdırılmaların gecikməsindən şikayətlənirik. Ancaq bütün bu işlərsən demə elə də asan və sadə başa gəlmir . Belə ki, həmin əmanətlər ilk növbədə mübadilə məntəqəsinə toplanır və burada çeşidləndikdən sonra ünvanlarına çatdırılır. 

Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova deyir ki, hər gün təxminən 10 minə yaxın bağlama mənzil  başına çatdırılır. 

Daşınma qiymətlərinə gəlincə isəölkədaxili tariflər məsafədən asılı olmayaraq eynidir. Ancaq beynəlxalq göndərişlərdə rəqəmlər fərqlənir. 

Afaq İbrahimova deyir ki, daxili gecikmələrin səbəbi ünvanlarla bağlıdır. Beynəlxalq daşınmalarda ləngimələrə isə ikinci ölkənin də poçt xidmətlərinin təsiri olur. 

Qeyd edək ki, ötən il xaricdən ölkəmizə 141 min 954 məktub daxil, olub, 78 min 946 məktub başqa dövlətlərə göndərilib. Bundan başqa ölkəmizə 625 min 783 kiçik ölçülü paket, 37 min 138 bağlama çatdırılıb. Azərbaycandan isə 21 min 135 kiçik ölçülü paket və 24 min 792 bağlama xarici ölkələrə göndərilib. 2021-ci ildə ölkə daxilində 6 milyon 951 min 372 məktub, 25 min 423 bağlama müxtəlif ünvanlara çatdırılıb. 

Xəbər lenti