Xəzər Xəbər

Hökumət qiymət artımı ilə necə mübarizə aparacaq? VİDEO

Veb TV | 13:05 • 21 Yanvar 2022
Hökumət qiymət artımı ilə necə mübarizə aparacaq?

Yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Bəs bu inflyasiyanın minimum endirilməsi, qiymət artımının qarşsının alınması üçün nələr edilməlidir, hansı işlər həyata keçirilməlidir? Əməkdaşımız İlhamə Kələyeva suallara cavab tapmağa çalışıb.

Ərzaq təhlükəsizliyi, qiymət artımı, eləcədə inflyasiyaya amillərinin nəzarətdə saxlanması hökumətin diqqət mərkəzindədir. Bu ildə bu istiqamətdə işlər davam etdirilir. Belə ki, aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi barədə təkliflər” hazırlayaraq hökumətə təqdim etmələri tapşırılıb.

Ekspert Turab Rzayevin sözlərinə görə, inflasiyanın qarşısını almaq üçün ilk növbədə daxili rəqabəti gücləndirmək lazımdır.

Ekspert kənd təsərrüfatına ayrılan subsidiyaların artırılmasını və əlavə ərzaq fondları yaradılmasını zəruri hesab edir.

Turab Rzayevin fikrincə, antiinfilyasiya tədbirləri çərçivəsində ölkədə strateji ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək mümkün olacaq.

Xəbər lenti