Xəzər Xəbər

Bakıda qəzalı vəziyyətdə olan binanın üzlük daşları avtomobillərin üzərinə düşüb VİDEO

Veb TV | 21:10 • 20 Yanvar 2022
Bakıda qəzalı vəziyyətdə olan binanın üzlük daşları avtomobillərin üzərinə düşüb

Bakıda binadan qopan daş parçaları sakinlərin avtomobillərinə ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şossesi küçəsində qeydə alınıb.

43 nömrəli binanın üzlük daşı güclü külək nəticəsinə qoparaq, həyətdə park edilmiş avtomobillərin üzərinə düşüb.

Sakinlər binanın yararsız vəziyyətdə olduğunu deyirlər. İddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Sakinlər problemin qısa zamanda aradan qaldırılacağına ümid edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar