Xəzər Xəbər

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla anır VİDEO

Veb TV | 19:43 • 20 Yanvar 2022
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla anır

Qanlı Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycan tarixinə şanlı səhifə yazıldı. Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla anır.

Xezerxeber.az xəbər verir ki, 20 Yanvar şəhidlərinin anım günündə müqəddəs xiyaban yenə insan axınına məruz qaldı. Vətəndaşlar xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək üçün qarlı-şaxtalı havaya baxmayaraq, Şəhidlər xiyabanına axışdılar.

Xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin unudulmaması və baş verənlərin gələcək nəsillərə ötürülməsi üçün insanlar öz övladlarını da xiyabana gətirərək, onlara bu qanlı və həm də xalqımızın azadlığı yolunda şanlı gün olan 20 Yanvar haqqında məlumat veriblər.

Ötən il olduğu kimi, bu il də Şəhidlər xiyabanına ziyarət pandemiya şərtlərinə uyğun şəkildə təşkil edilib.   

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti